“Erməni terrorçu Azərbaycana verilənə qədər...”

GÜNDƏM 15 noy 2021, 21:03

Şuşa şəhəri yaxınlığında Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atan erməni terrorçunun həbs olunması və Azərbaycana təhvil verilməsi məsələsi hələ də gündəmdədir. Cinayətkarın beynəlxalq qanunlara görə necə mühakimə olunacağı da maraq doğurur. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin fikrincə, nə Ermənistan, nə də sülhməramlılar həmin erməni terrorçunu Azərbaycana təhvil verməyəcək:
“Ab-havadan belə görünür. Bu adamı Ermənistanda az-qala qəhrəman elan ediblər.

Amma istənilən halda cinayətkarın bizə təhvil verilməsini tələb etməliyik və bununla bağlı Avropa Şurasında, BMT-də məsələ qaldırmalıyıq. Həmçinin Ermənistana sanksiyalar tətbiq etməklə, lokal tədbirlərə əl ata bilərik. Məsələn, erməni terrorçu Azərbaycana verilənə qədər Laçın yolunu bağlaya və yaxud İrandan ora maşınların buraxılmamasını təmin edə bilərik. Buna haqqımız var. İlk növbədə isə cinayətkarı rus sülhməramlılarından tələb etməliyik. Çünki öncə onlar həmin şəxsi saxlamışdılar və sonradan yerli separatçılara təhvil veriblər. Onların qarşısında bir daha məsələnin hüquqi müstəvidə qaldırılması lazımdır.


Vəkilin sözlərinə görə sözügedən hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılan istintaq davam etməlidir:

“Erməni terrorçu barəsində ittiham irəli sürüb axtarış elan edilməlidir. Baş prokurorluq o istintaqı yekunlaşdırıb, məhkəməyə göndərə bilər. Məhkəmə isə qiyabi hökm çıxarandan sonra erməni separatçının axtarışını İnterpola verə bilər. O vaxta qədərki, o adamın ələ keçirilməsi mümkün olsun”.

Əsabəli Mustafayev qeyd edib ki, terrorçuluq nə baş verməsindən asılı olmayaraq bitmiş cinayət sayılır və təxribat törədən erməni terrorçunu Azərbaycana təhvil veriləcəyi təqdirdə ömürlük cəza gözləyir:

“Əgər Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə erməni barəsində cinayət işi açılsa, 15 ildən 18 ilə qədər azadlıqdan məhrum ediləcək. Fikrimcə, ittihamı terrorçuluqla bağlı qaldırmaq və bütün hüquqi müstəvilərə çıxış imkanından istifadə etmək lazımdır”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top