“Anladıq ki, ermənilər bu yeddi rayonu verməyə hazırlaşmırdılar”

GÜNDƏM 14 noy 2021, 22:45

"Dağıntılara gəlincə, biz əlbəttə bütün bunları görəcəyimizi gözləyirdik, əlbəttə ki, dərd, ədalətsizlik, xüsusən də Qarabağ xanlığının qədim paytaxtı belə dağıdılıb. Bu, əlbəttə ki, faciəvi təsəvvürdür. Prinsipcə, biz buna hazır idik, çünki bu yaxınlarda Ağdamda oxşarını görmüşdük”.

Bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, bütün bunlar yaşıllıqlar arasında ailə qəbiristanlığı kimi qəbul edilir. “Eyni yerdə, bu kəndlərdə uzun əsrlər boyu evlərdə 30 il əvvəl erməni yaraqlılarının ölüm qorxusu, etnik təmizləməsi qarşısında qaçmağa məcbur olmuş insanlar yaşayıblar”, - o deyib.

"Məni çoxlu sayda beton dirəklərin üzərində tikanlı məftillər və hasarlar heyrətləndirdi. Axı bütün bunlar ermənilər tərəfindən hərbi əməliyyatlar üçün hazırlanmışdı. Sergey Lavrovun (Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı - red.) sözlərini xatırladım hansı ki, mənə şəxsən dedi ki, Azərbaycan tərəfi bu yerlərdən ilk fotonu göstərəndə anladıq ki, ermənilər bu yeddi rayon verməyə hazırlaşmırdılar", - Markov qeyd edib./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top