Düşmənin zenit-raket kompleksinin sıradan çıxarılma anı: Real döyüş kadrları — VİDEO

HƏRBİ 13 noy 2021, 19:50
Vətən müharibəsində düşmənin zenit-raket kompleksinin sıradan çıxarılması ilə bağlı real döyüş kadrları yayılıb.

Kadrlar İTV-də yayımlanan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının birgə layihəsi olan “Görünməyən qəhrəmanlar” sənədli filmində yer alıb.

Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant Əfqan Nağıyev döyüşlərlə bağlı danışıb: 

“Düşmən məcburiyyət qarşısında birinci – müdafiə xəttində səfərbər etdiyi bütün hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrini açmağa məcbur oldu. Bundan istifadə edərək bizim kəşfiyyat pilotsuz uçuş aparatları həmin qurğuların dislokasiya yerini müəyyən edərək digər zərbəendirici uçuş aparatlarının qərargahını idarəetmə mərkəzinə koordinatları ötürdü və artıq gözləmə zonasında olan zərbəendirici pilotsuz uçuş aparatları – “Harop”lar tərəfindən həmin qurğular məhv edildi”.

Sənədli filmdə general mayor Babək Qurbanov bildirib ki, Qarabağ istiqamətində 4 radioelektron mübarizə sistemi tam zərərsizləşdirilmişdi: “Eyni zamanda düşmənin 8 S-300 kompleksi, 2 S-125 kompleksi, 5 Kruk zenit-raket kompleksləri, 8 ASA kompleksləri tam sıradan çıxarılmışdı”.


Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top