General: “İki gün ərzində düşmənin Hava Hücumundan Müdafiə Qüvvələrinin 60 faizini məhv etdik”

QARABAĞ 11 noy 2021, 17:03
Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev Vətən Müharibəsi zamanı ermənilərə məxsus hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması zamanı istifadə olunan hərbi taktiki gediş barədə danışıb.

Demokrat.az xəbər verir ki, general-leytenant İTV-də yayımlanan "Görünməyən qəhrəmanlar. Dövlət Sərhəd Xidməti" sənədli filmində "An-2" təyyarələrinin müharibə vaxtı oyandığı vacib roldan bəhs edib:

"Sentyabr ayının 27-də 20 "An-2" təyyarəsi havaya qalxmış və cəbhə istiqamətində göndərilmişdi. Modernləşmiş "An-2" təyyarələri pilotsuz uçuş aparatı qismində düşmənin hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrinin aşkar edilməsi məqsədi daşıyırdı.

Düşmən məcburiyyət qarşısında birinci müdafiə xəttinə səfərbər etdiyi bütün hava hücumundan müdafiə vasitələrini açmağa məcbur oldu".(baku.ws)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top