Azərbaycan hərbçilərindən qorxan Paşinyan Zəngəzura başqa yolla getdi

REGİON 05 noy 2021, 17:36
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Zəngəzur bölgəsində olub.

O, burada partiyasının Qafan şəhərinin meri olmağa namizədi David Danielyanın atasının dəfnində iştirak edib.

Ermənistan mətbuatı və sosial şəbəkənin erməni seqmentində Nikol Paşinyanın Zəngəzura səfəri birmənalı qarşılanmayıb. Bəziləri bu səfərin təbliğat xarakteri daşıdığını söyləyib. Ən maraqlı fikir isə Paşinyanın Qafana gələrkən istifadə etdiyi marşrutla bağlı olub.

Belə ki, erməni lider şəhərə Gorus-Qafan yolu ilə deyil, məhz hazırda təmir işləri aparılan Tatev yolu ilə gedib. Erməni mətbuatında və sosial şəbəkələrdə bir çoxları Paşinyanın bu seçimi azərbaycanlılardan qorxduğu üçün atdığını yazıblar. Çünki Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətindədir və erməni lider bu yoldan istifadə etməyə “risk etməyib”.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top