Lənkəranda AĞIR QƏZA — 20 yaşlı sürücü öldü

HADİSƏ 08 iyul 2025, 09:13
Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini 2005-ci il təvəllüdlü Ülvi Firdovsi oğlu Vəlizadə idarə etdiyi "AzSamand" markalı nəqliyyat vasitəsi ilə Lerik istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarında hərəkətsiz dayanan yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Dərhal əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Avtomobildə sıxılıb qalan sürücü çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti ağır olduğundan Ü.Vəlizadə reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 iyul 2025, 14:26
Top