Türkiyədə komando kursunu bitirən hərbçilərimiz vətənə qayıdıblar

HƏRBİ 31 okt 2021, 13:10
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar.

Bu barədə barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.

Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top