Çingiz Abdullayev: "Mənə olan münasibəti bu iki nəfərin timsalında anladım"

ƏDƏBİYYAT 29 okt 2021, 16:44
Bir neçə gündür yazdığı status sosial şəbəkələrdə müzakirə olunan Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev daha bir hadisədən yazıb.

Demokrat.az xəbər verir ki, yazıçı oxucusunun ona yaxınlaşaraq üzr istəməsi ilə bağlı məlumat verib.

“Dünən inanılmaz hadisə baş verdi. "Port Baku"da yerləşən qarajda bir gənclə rastlaşdım. Cavan oğlan mənə yaxınlaşaraq bu sözləri dedi: "Son vaxtlar sizə qarşı sosial şəbəkələrdə qıcıqlandırıcı rəy bildirən insanların adından sizdən üzr istəyirəm". Həmin vətəndaşın adını soruşmağa belə vaxtım olmadı. Daha sonra "Paşa Bank"ın yaxınlığında rastıma təxminən 40 yaşlı bir xanım çıxdı. Həmin xanım mənə bu fikirləri bildirdi: "Bu insanlarla tolerantlıq etdiyimiz üçün hamımızı bağışlayın". İnsanların mənə olan münasibətini bu iki nəfərin timsalında anladım. Mən fəxr edirəm ki, Xalq yazıçısıyam. Qeyd edim ki, SSSR ədəbiyyatı tarixində və müasir Azərbaycanın ədəbiyyatı tarixində bu fəxri ada layiq görülmüş ən gənc yazıçıyam. Çirkin qəlbli insanlar mənə istədikləri qədər təhqiredici rəylər yaza bilərlər. Artıq fikir verməməyə çalışacağam. Mən Çingiz Abdullayevəm”, - Xalq yazıçısı qeyd edib.

Qeyd edək ki, Xalq yazıçısı sosial şəbəkədəki səhifəsində yazmışdı: "Hadisə İstanbul hava limanında baş verib. Biznes salonda həmişə iki-üç şüşə su götürürəm. Amma uçuşumuz gecikdi və biz bir saatdan çox təyyarəyə minməyi gözlədik. Yaxınlıqda nəvəmə oxşayan balaca bir oğlan var idi. O, ağlayaraq nənəsindən su istədi. O, çarəsizcə ətrafa baxdı. Heç yerdə su yox idi. Bir şüşə çıxarıb oğlana verdim. Nənənin gözlərini görməli idin. Amma ən əsası odur ki, həyatımda özümü bu qədər rahat hiss etməmişdim".

Ç.Abdullayevin bu statusu geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top