Koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlandı

SOSİAL 29 okt 2021, 10:27
Azərbaycanda koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən bildirilib ki, pandemiya səbəbindən ölkə üzrə 542 sinif distant təhsilə keçib.

"Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sentybarın 22-dən aşağı siniflərdə (I-IV), sentybarın 29-dan isə yuxarı siniflərdə (V-XI) ənənəvi tədris bərpa edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top