Rəsul Quliyev: “Prezidentlə Birinci vitse-prezidentin enerjisinin hüdudunu təsəvvür edə bilmirəm…”

GÜNDƏM 28 okt 2021, 17:10
“Azərbaycan hökumətinin Qarabağda gördüyü işlər fövqəladə əhəmiyyətə malikdir. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevanın enerjisinin hüdudunu təsəvvür edə bilmirəm. Çünki onlar hər gün hansısa rayona səfərə gedirlər. Rayonlara gediş-gəliş: 3 saat getmək, 3 saat geriyə qayıtmaq... Yəni, asan məsələ deyil”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin sabiq sədri Rəsul Quliyev deyib.

Eks-spiker bildirib ki, Prezident və Birinci vitse-prezident bu işləri böyük enerji ilə həyata keçirirlər: “Onlar komandaları ilə birgə, doğrudan da, müdhiş işlər görürlər. Prezidentin dediyi “Qarabağ Azərbaycandır” ifadəsi Azərbaycan dilinin leksikonuna daxil olub. Hazırda aparılan tikinti işləri də Qarabağın Azərbaycan olduğunun növbəti sübutudur. Azərbaycanın son bir ildə apardığı Qarabağ siyasəti çox mükəmməl və əhəmiyyətlidir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top