Azərbaycanın Zəfər savaşına ithaf olunan möhtəşəm ifa — "Şəhidin məktubu..." (VİDEO)

İNCƏSƏNƏT 23 okt 2021, 11:06
Hazırda Təbrizdə yaşayan soydaşımız, müğənni Yaser Ehsan 44 günlük Vətən müharibəsi, şəhidlərimiz və qazilərimiz haqqında möhtəşəm bəstə hazırlayıb.

Əslində bu bəstə-ifa bütün dünyaya verilən mesajdır!

Y.Ehsanın “Şəhidin məktubu...” adlı ifası 30 il işğal altında saxlanılan və nəhayət 44 gün ərzində azad edilən Azərbaycan torpaqları uğrunda şəhid olan igidlərimizə ithaf olunub. Eyni zamanda ifada erməni vəhşilikləri, Vətənin dar günündə igidlərimizin səfərbər olması və əzəli düşmənlərimizin məhv edilməsi xüsusi çalarlarla öz əksini tapıb.

Y.Ehsanın 33 yaşı var. O, Təbrizdə anadan olub, azərbaycanlıdır. Y.Ehsan 2011-ci ildə “Yeni Ulduz” yarışmasının iştirakçısı olub, 8-ci yer tutub və bundan sonra müğənnilik fəaliyyətinə başlayıb. 2011-ci ildə “O SES Türkiye”də iştirak edib. Hazırda Təbrizdə musiqi dərsi keçir və milli dəyərlərimizin əsas daşıyıcılarındandır. Qeyd edək ki, mahnının bəstəkarı da elə Y.Ehsandır.

“Şəhidin məktubu...” adlı ifanın sözləri isə hazırda Rusiyanın Xabarovsk şəhərində yaşayan Teymur Kərimova məxsusdur. 61 yaşlı T.Kərimov Naxçıvan doğumludur, ANSU-da (keçmiş AZİ) ali təhsil alıb. Azərbaycanda mühəndis kimi işləyib. 16 ildir Rusiyada yaşayır. Həvəskar şair kimi şeirlər yazır. Vətəndən kənarda yaşamasına baxmayaraq, qəlbi daim Azərbaycanla döyünür, ona görə də Azərbaycanın tarixini, keçmişini, bu gününü və gələcəyini özündə əks etdirən gözəl bir əsər yazıb və sonda bu əsər gözəl bir ifaya çevrilib.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top