Şəmkirdə qohumlar bir-birlərini bıçaqladılar

KRİMİNAL 23 okt 2021, 08:56
Şəmkirdə bıçaqlanmanın bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Nemət Hüseynov 2 bıçaq xəsarəti, 1982-ci il təvəllüdlü Rəhimov Ədalət 1 bıçaq xəsarəti alıb.

Məlumata görə, onların arasında mübahisə düşüb, bu zaman bir-birlərinə bıçaq xəsarəti yetiriblər. Ədalət Nemətin yeznəsi olduğu bildirilir.

Hadisə zamanı Ədalətin oğlu 14 yaşlı Murad Rəhimov da bıçaq xəsarəti alıb.

Onlar polis tərəfindən nəzarət götürülüb. Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top