Bakının Xəzər rayonunda 1978-ci il təvəllüdlü Elçin ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xumara (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Elçin fərdi ev evində arvadı Xumar ilə aylıq əmək haqqısını ondan xəbərsiz xərcləməsini irad tutması, Xumarın ona içki aludəçisi olmasını deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı evin qapısının yaxınlığından götürdüyü döşəməsilən ağac ilə onu həmin evdə qəsdən vurub.
Hadisəni törədən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xumar ilə 2007-ci ildən rəsmi olaraq evlidir və iki övladları var. Onun sözlərinə görə, hadisə günü saat 23 radələrində yaşadığı evində aralarında yaranmış mübahisə zamanı Xumarı vuraraq ona xəsarət yetirib.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Elçinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən
azad edilib.
Fariz Məlikli
Demokrat.az