Bahar Muradova bəzi deputatları tənqid etdi: “Deyirdilər ki, kişi gedib ikinci arvad alsın”

GÜNDƏM 20 okt 2021, 13:29
“Parlamentdə “Reprotuktiv sağlamlıq haqqında” qanunun müzakirəsi zamanı kişinin əgər uşağı yoxdursa, getsin ikinci arvad alsın deyən deputatlar var idi”.

Demokrat.az xəbər verir ki, bunu Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Komitə sədri həmin müzakirələr zamanı belə halların şahidi olduğunu bildirib: “Parlamentdə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna qarşı olan kişi deputatlar vardı. Mən o müzakirələrin iştirakçısı olmuşam”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top