Nazirdən yeni rəis TƏYİNATI

GÜNDƏM 20 okt 2021, 15:13
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Demokrat.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Nəbiyev Elşad Əhməd oğlu Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi vəzifəsinə təyinat alıb. 

O, bu təyinata qədər Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi, polis mayoru Şaiq Ağayev öz ərizəsi ilə vəzifəsindən azad edilərək, sərəncama götürülüb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top