Taksi sürücüsünü soyan keçmiş məhkum tutuldu

SOSİAL 19 okt 2021, 20:02
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ş.Teymurov oktyabrın 17-də Novxanı bağlar sahəsində idarə etdiyi “Mercedes” markalı avtomobilində olan şərnişinin onu bıçaqla hədələyib 60 manat pulunu aldığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.İsgəndərov müəyyən edilərək saxlanılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top