Sabiq sədr həbs edilib: kimdir günahkar? REPLİKA

SOSİAL 18 okt 2021, 23:27
Əslində sabiq sədrin həbsində qeydi-adi bir şey görmürəm. Cinayət edibsə, sübut olunubsa əziyyətini və cəzasını çəkməlidir.

Söhbət ondan gedir ki, rayon ərazisində formalaşan 66 bələdiyyənin kifayət qədər DSMF-yə və əməkhaqqına görə borcu var. Əvvəlki illərdə yaranmış borcu yeni seçilmişlər neçə illərdir nə qədər çalışsalar da qaytara bilməyiblər, çünki borcun ödənilməsiylə bağlı rayon bələdiyyələrində ümumi konkret proqram yoxdur. Bu proqramın hazırlanmasında Bərdə Rayon İcra hakimiyyəti bələdiyyələrə dəstək vermək və şərait yaratmaq əzəzinə, müəyyən mənada belə ağır durumda olan bələdiyyələrə "tapşırıqlar" verməkdən yorulmur.

Bu danılması mümkün olmayan faktdır.

Sabiq sədr həqiqətən ciddi maliyyə pozuntusuna və rüşvətə görə həbs edilib. Amma aldığını, əgər alıbsa özü təkmi "yeyib"?

Mən inanmıram, bəs siz necə inanırsınız?

Sual olunur sabiq sədr həbsinə gedən yol hansı səbəbdən başlayıb?

Təcrübəsizlik, məsuliyyətsizliklə yanaşı, çox güman ki, ən əsası isə cinayətə əl atmaqla bələdiyyənin borcunu qaytarmaq iddiası.
Başqa bir məsələ isə, təcrübəsiz və bacarqısız kadrları bələdiyyələrə kim namizədliyini verməyə təhrik edib? Maraqlı sualdır, deyilmi...

Üzümü bələdiyyə sədrlərinə bir daha tutub deyirəm: icra başçılarının qanunsuz tapşırıqlarının icrası sonda həbslə nəticələnir. Dedim ki, biləsiniz...

Vüqar Tofiqli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top