Meksika Konqresi Azərbaycan xalqını təbrik etdi

XARİCİ SİYASƏT 16 okt 2021, 08:43
Meksika Deputatlar Palatasının bir sıra üzvlərinin təşəbbüsü ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanlanmış təbrik bəyanatı qəbul edilib.

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən məlumat verilib.

Bəyanatda “bu il qardaş ölkə Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyini qeyd etdiyi” deyilir, bu müddət ərzində Azərbaycanın uğurlu inkişaf yolu keçərək beynəlxalq aləmdə güclü və mütərəqqi bir dövlət kimi öz yerini tutduğu, eyni zamanda Latın Amerikası regionunda diplomatik varlığını artıraraq region ölkələri, o cümlədən Meksika ilə dostluq və əməkdaşlıq əlaqələri qurduğu bildirilir.

Sənəddə Azərbaycanın hazırda öz səylərini məcburi köçkünlərinin öz evlərinə ləyaqətli və təhlükəsiz şəkildə qayıdışını təmin etmək üçün azad olunmuş ərazilərinin yenidən qurulması, eləcə də Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin olunmasına yönəltdiyi qeyd edilir.

Sonda Azərbaycan xalqına müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik ifadə olunur, eyni zamanda vətəninin ərazi bütövlüyü uğrunda həlak olmuş soydaşlarına görə başsağlığı çatdırılır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top