Cinayət Məcəlləsinə mədəni soyqırımı maddəsinin əlavə edilməsi təklif olundu

DAXİLİ SİYASƏT 15 okt 2021, 11:45
Azərbaycanın Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

Demokrat.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, Xocalı soyqırımının 30 illiyi ərəfəsində Azərbaycanın Cinayət Məcəlləsində nəzərdə tutulan 103-cü maddəyə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olar: “Belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top