Azərbaycanın baş prokuroru sabah Gürcüstana gedir

XARİCİ SİYASƏT 14 okt 2021, 17:23
Azərbaycan Baş prokuroru Kamran Əliyev sabah Gürcüstana səfər edəcək.

“Report”un əldə etdiyi məlumata əsasən, o, səfər çərçivəsində gürcü həmkarı İrakli Şotadze ilə görüşəcək.

Tərəflər Azərbaycan və Gürcüstan arasında prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

K.Əliyevin digər rəsmi şəxslərlə də görüşləri nəzərdə tutulub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top