Azərbaycanda yağlarla bağlı sənəd layihəsi hazırlandı

SOSİAL 14 okt 2021, 12:24
"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərəfindən “Yaxılabilən yağlar, marqarinlər və qatı yağlara dair sanitariya norma və qaydaları” sənəd layihəsi hazırlanıb".

Demokrat.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, həmin sənəddə yağ məhsullarında trans-yağ turşularının miqdarının məhsulun ümumi yağ tərkibinin 2%-dən az olmasını tənzimləyən müəddəlar öz əksini tapıb: "Hazırlanmış sanitariya norma və qaydalarının bu yaxınlarda qəbul edilməsi nəzərdə tutulur ki, bu da həm yerli yağ istehsalçılardan, həm də idxalçılardan yağların tərkibdə trans yağ turşularının 2%-ə endirilməsini tələb edəcəkdir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top