“Azerçay” “Doğma Fermerlər” layihəsini təqdim etdi — VİDEO

BİZNES 12 okt 2021, 17:23
İllərdir yüksək keyfiyyəti ölkəmizi dünyanın müxtəlif ölkələrində yüksək səviyyədə təmsil edən “Azerçay” bu dəfə “Doğma fermerlər” layihəsini ictimaiyyətə təqdim edib.

Həyata keçirilmiş layihə çərçivəsində, Lənkəran və Astara rayonlarında uzun illərdir çayçılıqla məşğul olan fermerlər və Masallı rayonunda “Azerçay”a məxsus çay plantasiyalarında çalışan şirkət əməkdaşları ilə vieoçarx hazırlanıb. 

100 faiz təbii çayın yetişdirilməsində bilavasitə iştirak edən qəhraman fermerlər müsahibə verərək təcrübələrini paylaşıblar. 12 oktyabr – Fermerlər Gününə həsr olunmuş “Doğma fermerlər” layihəsinin əsas məqsədi ölkəmizdə qədim ənənələrə malik çayçılığın qorunub saxlanılması və inkişaf etdirilməsində yaxından iştirak edən peşəkarlara təşəkkür bildirərək, onları geniş ictimaiyyətə tanıtmaqdır.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını  üzərində daşıyaraq ölkəmizi layiqincə təmsil etməkdən qürur duyan doğma çayımız “Azerçay” bu istiqamətdə silsilə layihələr reallaşdırmağa davam edəcək.
 


Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top