Bütün dünya bunun bədəlini ödəyəcək — Quterreş


DÜNYA 11 okt 2021, 22:25

BMT Baş katibi Antonio Quterreş Əfqanıstana yardımla bağlı dünya ölkələrinə çağırış edib.

Baş katib Əfqanıstana yardım edilməzsə, bunun bütün dünyaya baha naşa gələcəyini deyib. Onun sözlərinə görə, narkotik axını və terror şəbəkələrinin sayı artacaq:

“Bu, həlledici məqamdır. Biz hərəkət etməsək və ən qısa zamanda Əfqanıstana yardım göstərməsək nəinki onlar, bütün dünya bunun bədəlini ödəyəcək. Əfqnıstanda qida, iş yeri olmasa, insan haqları qorunmasa, görəcəyik ki, get-gedə daha çox əfqan evlərini tərk edib yaxşı həyat axtarışına çıxacaq. Həmçinin, narkotik axını, kriminal və terrorçu şəbəkələrin sayı artacaq. Bu da təkcə Əfqanıstana deyil, regiona və dünyaya baha başa gələcək”, - deyə Quterreş jurnalistlərə açıqlamasında deyib.

 




DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top