İlham Əliyev: “Tuğ kəndinin bərpa konsepsiyası hazırlanır”

GÜNDƏM 10 okt 2021, 14:01
Xocavənd rayonunun Tuğ kəndinin bərpa konsepsiyası hazırlanır.

Prezident İlham Əliyev bunu Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olarkən bildirib.

Dövlət başçısı deyib ki, Tuğun, ümumiyyətlə, bərpa konsepsiyası ayrıca hazırlanır və o, sonra təqdim olunacaq. Prezident İlham Əliyev kənddəki tarixi binaların hamısı konservasiya olunacağını da diqqətə çatdırıb:

“Burada turizm yerləri, sanatoriyalar yaradılacaq. Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top