Elşad Miri: “İran Azərbaycana öz toxumunu səpib, bəziləri cücərib, bəziləri budaq atıb”

GÜNDƏM 08 okt 2021, 09:57
“Ölkədə din tədrisi təhsili, dini və pedoqogikanı yaxşı bilən mütəxəssislərlə müzakirəyə çıxarılmalıdır. İran səsini qaldırdığı zaman məsələni gündəmə gətirib sonra bağlamaqla iş həll etmək olmaz. İran onsuz da Azərbaycana öz toxumunu səpib. Həmin toxumların bəziləri cücərib, bəziləri budaq atıb”.

Bunu açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

O bildirib ki, məsələlərin qadağa yolu ilə həll olunmasına qarşıdır: “Bu, həll yolu deyil. Bəzən İranda dini təhsilin qadağan olunmasını təklif edənlərin çoxunun elə xaricdə təhsil aldığının şahidi oluruq. Yəni, qadağa ilə yox, Azərbaycanda buna alternativ yolla - kadr yetişdirərək məsələni həll etmək olar. Bu, isə asan məsələ deyil və ciddi siyasi iradə tələb edir. Məsələ yalnız dövlətin dəstəyi ilə həll edilə bilər. Şəxsi qurumlara, fərdlərə məsələni həvalə etmək olmaz, çünki onlar da vaxtı gəldikdə öz yanlış fikirlərini aşılamağa başlayarlar. Ona görə ciddi müzakirələr aparılmalı və müzakirə nəticəsində bununla bağlı bir maarifləndirici resurslar ortaya qoyulmalıdır. Qadağan etməklə məsələni həll etmək mümkün deyil, istəyən başqa şəkildə də İrana gedib orada yaşaya və ya təhsil alıb qayıda bilər. Dünyanın hər yerində belə imkanlar var. Xarici ölkələrə xüsusilə din təhsili almaq üçün gedən gəncləri müxtəlif üsullarla öz "ağuşlarına alırlar". Bu səbəbdən məsələyə təktərəfli yox, çoxşaxəli baxmaq lazımdır".(pravda.az)
 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top