Televiziya reytinqlərinin ölçülməsində yeni sistemin tətbiqinə həsr olunan tədbir keçirildi — FOTOLAR


MEDİA 06 okt 2021, 16:57
30 sentyabr 2021-ci il tarixdə Bakıda Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Azərbaycanda televiziya kanallarının reytinqlərinin ölçülməsi sisteminin tətbiqinə həsr olunmuş təqdimat tədbiri keçirilib.

Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, digər rəsmi şəxslər, ümumölkə və peyk televiziya kanallarının, habelə reklam agentliklərinin rəhbərləri, həm yerli, həm də əcnəbi reklam verən şirkətlərin səlahiyyətli nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbir çərçivəsində teleölçmələr sahəsində beynəlxalq ekspertlər olan Renata Uhlarikova və Puşkar Kulkarni (“Pure X Media” şirkəti) tərəfindən yeni ölçmə şirkətinin seçimi üzrə Milli Televiziya və Radio Şurası və “Pure X Media” şirkətinin birgə fəaliyyətinin nəticələrinə həsr olunmuş video təqdimat göstərilmiş, layihənin reallaşdırılması prosesi və müddətləri barədə ətraflı məlumat verilmiş, həmçinin, beynəlxalq televiziya ölçmələri şirkəti olan “Kantar”ın 2022-ci ilin noyabrından etibarən Azərbaycanda televiziya ölçmələrində istifadə olunacaq texnoloji imkanları nümayiş olunub.

Təqdimatdan sonra tədbir iştirakçıları arasında geniş müzakirələr aparılıb.






Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top