Zakir Həsənov: “Üçtərəfli görüş ölkələrimiz arasında olan strateji səviyyəli dialoqun bariz nümunəsidir”


HƏRBİ 05 okt 2021, 14:34
“Üçtərəfli görüş ölkələrimiz arasında olan strateji səviyyəli dialoqun bariz nümunəsidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli və gürcü həmkarları ilə üçtərəfli görüşdən sonra deyib.

Onun sözlərinə görə, görüşdə üç dost və qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulanıb.

“Biz bu formatda münasibətlərimizin gələcək perspektivkərini müzakirə etdik və qarşılıqlı maraq doğuran istiqmətlər barədə geniş fikir mübadiləsi apardıq. Bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq fəaliyyətlərin təhlükəsizliyinə birbaşa təhdid olduğunu qeyd etdik”, - Z.Həsənov söyləyib.  

Nazir bildirib ki, görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında hərbi, hərbi təhsil, və hərbi tibb sahələrində əməkdaşlığın perkspetivləri, keçirilən birgə təlimlərin təkmilləşdirilməsi imkanları barədə də fikir mübadiləsi aparılıb: “Üçtərəfli formatda keçirilən təlim və treninqlərin intensivlərşdirilməsi zəruridir. Birgə təlimlər hərbi birləşmələr arasında əməliyyat uzlaşmasının əldə olunnmasına yardım edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaq və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcək”.

Z.Həsənov qeyd edib ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, cari ildə üç ölkə hərbçilərinin iştirakı ilə bir sıra tədbirlər planlaşdırılaraq keçirilib: “Hesab edirəm ki, dövlətlərimiz arasındakı səmimi münasibətlər və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlıq sülh naminə tərəfdaşlığın dünyaya örnək olacaq bir nümunədir. Üçtərəfli fəaliyyətlərimiz regionda sabitliyin qorunmasına yönəldilmiş sülhməramlı mesaj kimi qiymətləndirilməlidir”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top