Azərbaycana qarşı döyüşən ABŞ ordusunun zabiti... — Erməni uşaqlara hərbi təlim keçir

REGİON 05 okt 2021, 09:09
Ehtiyatda olan amerikalı əsgərlər Azərbaycan-Ermənistan sərhədində yerləşən Armaş kəndində erməni uşaqlara hərbi təlim keçirlər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ABŞ-ın "Washington Examiner" nəşri yazıb.

Nəşrə görə, təlimi "Phoenix School of Bravery" təşkilatı keçir və buna Aram adlı ABŞ-ın Hava Qüvvələrinin keçmiş xüsusi təyinatlı zabiti rəhbərlik edir. Onlar uşaqlara silahla davranmaq qaydanalarını və özünümüdafiəni, eyni zamanda hücuma necə keçmək lazım olduğunu öyrədirlər.

Nəşr eyni zamanda qeyd edib ki, Aram onun öz adı deyil, yazıda şərti olaraq qeyd edilib. O, Livan ermənisi olmasına baxmayaraq, 14 il ABŞ silahlı qüvvələrində xidmət edib. "Washington Examiner" ABŞ ordusunun keçmiş zabitinin ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşdüyünü də qeyd edib.

Aram nəşrə açıqlamasında bu barədə də danışıb:

"Əsgərlərin və könüllülərin necə döyüşəcəklərinə dair heç bir fikri yox idi. Qarşı tərəf barədə heç bir məlumata sahib deyildilər. Generallar belə, 1950-ci ildə qalma taktikanı işlədirdi.

Qırmızı Bazardakı bölməmiz təxminən 300 nəfər idi. Müdafiə olunmaq üçün yaxşı mövqelərimiz var idi. Amma dəstəyimiz olmadığı üçün mövqeləri itirdik. Bu adamlar çox hazırlıqsız idi, ona görə həmin mövqeləri geri qaytarmaq üçün xüsusi əməliyyat taktikasından istifadə edə bilməzdim. Qarabağın mərkəzində yerləşən Şuşa azad olundu və Ermənistanın məğlubiyyəti rəsmiləşdi".

Nəşr yazır:

"Məhz bu döyüşlərdən sonra Aram, "Phoenix School of Bravery" məktəbi ilə əməkdaşlıq edəcək şəxslərlə görüşür. Onların arasında livanlı, fransız, rus və rusiyalı da var".

Nəşrə kənd bələdiyyəsinin sədri Tiqran Matevosyan da danışıb:

"Armaş kimi sərhəd kəndlərin sakinləri ordunun gücünün olmadığını bilir və özlərini qorumaq üçün bu məktəbə müraciət edirlər. Bu gün hökumət kəndin təhlükəsizliyi üçün tədbirlər görməyə hazır deyil. Aram da bunu yaxşı başa düşür".

Matevosyan nəşrə azərbaycanlılarla bağlı uşaqlıq xatirələrini də danışıb: 

"Mən uşaq ikən Armaşda azərbaycanlılar yaşayırdı. Azərbaycanlı uşaqlarından birinin futbol topumu oğurladığını xatırlayıram. Demək olar ki, azərbaycanlılarla gənc yaşlarımdan mübarizə aparıram".

Təlimlərdə iştirak edənlərdən biri də 12 yaşlı Amalyadır. Onun atası birinci Qarabağ müharibəsində işğalçılar arasında olub. Qardaşı isə ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb.

Nəşrin hərbi təlimdən hazırladığı reportaj Aramın “Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan” cümləsi ilə yekunlaşır...

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top