Qaribaşvili Hulusi Akarla görüşdü

REGİON 04 okt 2021, 22:26
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.
 
Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri və regionda təhlükəsizliyə təhdidlər diqqət mərkəzində olub.
 
Söhbət zamanı tərəflər, Gürcüstan ilə Türkiyə arasında strateji tərəfdaşlığın və sıx ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, onilliklər ərzində Türkiyənin Gürcüstana praktiki dəstəyi ölkənin Müdafiə Qüvvələrinin inkişafında xüsusi rol oynayıb.
 
Müdafiə mexanizmlərinin gücləndirilməsində və təhdidlərin qarşısının alınmasında çoxmillətli birgə hərbi təlimlərin rolu, bu işdə müttəfiqlərin və dostların fəal iştirakının əhəmiyyəti də diqqət mərkəzində olub.
 
Görüşdə bölgədəki vəziyyət və təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. Qeyd olunub ki, Gürcüstan tərəfi münaqişələrin yalnız beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində həll edilməsini alqışlayır və bu yolun alternativi mövcud deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top