Medianın İnkişafı Agentliyində jurnalistlər üçün təlim keçirilir — FOTO

MEDİA 04 okt 2021, 13:20
4 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlərin keçirilməsinə başlanılıb.

Təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb.

Hər birində 20 nəfərin olduğu iki qrupda keçirilən təlim oktyabrın 8-dək davam edəcək. İngilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.

Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.

Demokrat.az
Açıklama yok.Açıklama yok.Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top