Güc orqanları İran şəbəkəsinə qarşı ən sərt cəza mexanimzinə keçməlidir

GÜNDƏM 29 sen 2021, 13:26
İranın ölkəmiz daxilində müəyyən şəbəkəni hərəkətə gətirib. Sosial şəbəkədə dini məzhəb adı altında Azərbaycan dövlətçiliyinə qarşı çağrışlara rast gəlirik. İran etnik zəmində prosesləri qızışdıra bilmədiyindən, məzhəb faktoruna keçərək, İsrail, sionist kimi sözlərdən istifadə edərək, ölkəmizə qarşı müəyyən bir şəbəkəni qızışdırır.

Rəsmi Bakı bir neçə il bundan əvvəl Nardaranda mərkəzləşmiş İran şəbəkəsini çökdürdü. İndi bu şəbəkənin üzvüləri yenidən aktiv fəaliyyətə keçib. Azərbaycan güc orqanları İran şəbəkəsinə qarşı ən sərt cəza mexanimzinə keçməlidir. İranda səfirimiz məsləhətləşmələr üçün geri çağrılmalıdır. Həmçinin İran səfirliyinin əməkdaşlarını  məscidlərə buraxmamaq və onların ölkəmizdən çıxarılmasını tələb etmək lazımdır. İrana qarşı adekavat cavab verilməlidir. Dövlət başçısı cənab İlham Əliyevin İranla bağlı qeydləri göstərir ki, rəsmi Teharn Azərbaycana qarşı düşmənçiliyini davam etirir.

İran sərhəddə Azərbaycana qarşı hərbi təlimlər, daxildən məzhə faktordan istifadə edərək güc nümayiş etdirir. İran Zəngilanda İtaliya-İsrail birgə kənd təsərrüfatı layihəsinə və Zəngəzur dəhlizinə qarşı açıq şəkildə çıxır və cənub sərhədlərimizə ordu yığmaqla hədə-qorxu gəlir.

İran Azərbaycan əlaqələrinin pisləşməsi Tehrandan qaynaqlanır və İran regionda dəyişən geosiyasi nizamı qəbul etmək istəmir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə
Visiontv.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top