Nazir onu rəis müavini TƏYİN ETDİ

SOSİAL 29 sen 2021, 12:04
Kəlbəcər Rayon Polis Şöbəsinə müavin təyin olunub. 

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elşən Quliyev Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Kəlbəcər RPŞ-nin xidmət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki E.Quliyev 90-cı illərin Qarabağ döyüşlərinin iştirakçısıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top