Sumqayıt Texnologiyalar Parkının rəhbərliyi işçilərini polislə hədələyir — İDDİA

GÜNDƏM 11 fev 2019, 10:42

“Sumqayıt Texnologiyalar Parkı”nda işdən çıxarılan işçilərə təzyiqlər başlayıb.


Demokrat.az xəbər verir ki, bu barədə STP-dən işdən çıxarılan işçilər məlumat verib. 

Onların sözlərinə görə, STP rəhbərliyindən şikayət edən işçilər polislə hədələnir. STP rəhbərliyinin bunu etməkdə əsas məqsədi işçiləri qorxutmaq və onlardan edilən şikayətlərin qarşısını almaqdır.


Qeyd edək ki, son 4-5 ay ərzində STP rəhbərliyi müxtəlif bəhanələrlə yüzlərlə təcrübəli işçini işdən çıxarıb. Bu barədə bildirmişdik ki, STP-nin baş direktoru Emin Məmmədovdan sonra işçilərlə əmək münasibətləri Azərbaycan qanunvericiliyi ilə deyil, baş direktorun qoyduğu şərtlərlə tənzimlənir. Bu isə STP rəhbərliyinə imkan verir ki, STP-də işləyib, təcrübə toplamış işçiləri heç bir təcrübəsi olmayanlarla əvəz etsin. Bu isə STP-də çalışan 2 minə yaxın işçinin əksəriyyətinin narazılığına səbəb olmaqdadır.

 

Картинки по запросу STP Emin Məmmədov


Növbəti yazılarımızda STP-də baş verənlərlə bağlı ətraflı məlumat verməyə çalışacağıq.(AzToday.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top