Salyanda şəhidlərin xatirəsinə həsr olunmuş "Breyn rinq" turniri keçirilib — FOTO

SOSİAL 28 sen 2021, 16:15
28 sentyabr 2021-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə karantin rejimi qaydalarına riayət edilməklə, şəhər 2 saylı tam orta məktəbin akt zalında Salyan şəhidlərinin əziz xatirəsini yad etmək , gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək,yaradıcı, istedadlı gəncləri üzə çıxarmaq məqsədi ilə Salyan şəhidlərinin xatirəsinə həsr olunmuş "Breyn rinq" intellektual oyunu üzrə rayon turniri keçirilib.

İlk öncə Salyan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Sonra tədbiri giriş sözü ilə açan Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov bildirdi ki, şəhidlərimizin xatirəsi kiçikdən böyüyə hər bir Azərbaycan vətəndaşının ürəyində əbədi yaşayacaq.Vətən müharibəsinin qəhrəmanı olan şəhidlərimiz haqqında nə qədər danışılsa da yenə azdır. Şəhidlərimizin göstərdikləri şücaət, keçdikləri döyüş yolu, onların yüksək iradə, mənəvi keyfiyyətləri gələcək nəsillər üçün nümunədir. Turnirin keçirilməsində də əsas məqsəd şəhidlərimizin xatirəsini yaşatmaqdır.

Püşkatmadan sonra iştirakçılara "Breyn rinq" intellektual oyunu qaydaları izah edildi və yarışa start verildi. Maraqlı mübarizə şəraitində keçən turnirin yekun mərhələsində III yeri şəhər 4 saylı tam orta məktəbin “Zəka” komandası , II yeri şəhər 7 saylı məktəb-liseyin “Muğan” komandası , I yeri isə şəhər 2 saylı tam orta məktəbin “Xəzər” komandası qazandı. Şəhər 9 saylı tam orta məktəbin "Uğur" komandası isə "Breyn rinq" intellektual oyunu üzrə rayon turnirinin fərqlənən komandası seçildi.Sonda qalib və fərqlənmiş komandalar Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildi.
Bir 2 kişi, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı 'R5 DMI NOTE 8 AI QUAD CAMERA' görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı 'REDMI NOTE 8 AI QUAD CAMERA' görseli olabilir
Bir 3 kişi, oturan insanlar, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı 'REDMI NOTE 8 AI QUAD CAMERA' görseli olabilir
Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 6 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top