Antisanitar vəziyyətdə fəaliyyət göstərən çörək sexinin fəaliyyəti dayandırıldı — FOTO

SOSİAL 28 sen 2021, 13:19
Gədəbəy rayonu, Novosaratovka kəndində fəaliyyət göstərən, Həsənov Mahir Məhərrəm oğluna məxsus çörək istehsalı müəssisəsində qayda pozuntuları aşkar edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, yoxlama zamanı çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu müəyyən olunub.

Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi gigiyenik geyimdən istifadə etmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top