Deputat: "Azərbaycan müharibədə güclü, böyük və qəhrəman xalq olduğunu bir daha sübut etdi"

GÜNDƏM 27 sen 2021, 14:34
“Bu gün Azərbaycan tarixinin ən şanlı, şərəfli günlərindən birini yaşayır. Azərbaycan xalqı səbirzliklə gözlədiyi günü 2020-ci ilin 27 sentyabrından yaşamağa başladı. Azərbaycan Vətən müharibəsindəki qələbəni birliyin, həmrəyliyin nəticəsində qazandı. Bu qələbə Azərbaycan vasitəsilə regiona da yeni reallıqlar qazandırdı”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat Azərbaycanın son 30 ildə yaşadığı faciələrə baxmayaraq, güclü xalq olduğunu sübut etdiyini qeyd edib:

“Azərbaycan 30 ilə yaxın müddətdə davamlı olaraq Ermənistanın təxribatlarına, işğal niyyətinə məruz qaldı. Ermənistan bu müddət ərzində hücumlar etməkdən, mülki əhalini hədəf almaqdan çəkinmədi. Ermənilər müxtəlif bölgələrimizdə dəhşətli faciələr törətdi, lakin gördüyü bu vəhşilik, yaşadığı faciə Azərbaycan xalqının qüdrətini, Vətən sevgisini, Qarabağa qayıdacağına dair inamını azaltmadı. Bizim hər bir fərdimiz torpaqların işğaldan azad olunacağı günü gözləyir, bunun üçün hər an hazır olduğunu bildirirdi. Ali Baş Komandanın rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatı döyüşməyə hazır hər bir Vətən övladının sevinci, mübarizəsi ilə əks olundu. Keçən ilin 27 sentyabrında başlayan müharibə bizim qürur, sevinc hissimizlə yekunlaşdı”. 

Deputat qələbədə birliyin böyük əhəmiyyət kəsb etdiyini xatırladıb:

“Bu qələbənin təmin olunmasında bir çox amil ciddi rol oynadı. Bu amillər sırasında xalqımızın birliyini xüsusi qeyd etməliyik. Xalqın hər bir nümayəndəsi istər döyüş meydanında, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıq nümayiş etdirdi, birlik göstərdi və şanlı tarixə imza atdı. Şübhə yoxdur ki, bu birlik bizə hələ çox qələbələr, sevinclər yaşadacaq. Azərbaycan müharibədə güclü, böyük və qəhrəman xalq olduğunu bir daha sübut etdi. Vətənin bütövlüyü uğrunda canından keçən hər bir şəhidə rəhmət diləyirik. Şəhidlər və canını Vətən uğrunda verməkdən çəkinməyən qazilər Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsizini yazdı”.

Aygül Qarayeva
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top