Anım Günü münasibətilə Füzulidə silsilə tədbirlər keçirilir — FOTOLAR

GÜNDƏM 24 sen 2021, 12:17
27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Füzuli rayonunda silsilə tədbirlər davam etməkdədir.

Füzuli RİH-dən Demokrat.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin “Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri sentyabrın 21-22-23-də Füzuli rayon ərazisində dəfn olunan, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət edib, dərin hörmət və ehtiramla məzarlarına gül dəstələri düzüblər.

İcra başçısı və tədbir iştirakçıları şəhidlərin ailə üzvləri ilə görüşərək onların problemləri, qayğıları ilə maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  öz dərin minnətdarlıqlarını bildiriblər.

 







Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top