"Ənənəvi tədrisə keçiddə çətinliklər olacaq"— Nazirlik rəsmisi

SOSİAL 21 sen 2021, 23:10
“Ənənəvi tədrisə keçidlə bağlı rast gəlinə bilən çətinliklər ola bilər. Ona görə də ümumtəhsil məktəblərində rast gəlinə biləcək bu kimi problemlərin operativ və şəraitə uyğun şəkildə həlli vacib sayılacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov yeni tədris ilində nəzərdə tutulan işlərlə bağlı məsələyə münasibət bildirərkən deyib:
 

“Xüsusi karantin dövründə tədrisin təşkili məktəblərdə müvafiq gigiyena, epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasını tələb edir. Bu məsələ ciddi şəkildə diqqətdə saxlanılacaq”. 

Nazirlik rəsmisi il ərzində görüləcək işlərdən də danışıb:

“Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi, xarici dil tədrisinin vəziyyətinin öyrənilməsi və bu sayda monitorinqlərin aparılması, təmayülləşmə şəbəkəsinin genişləndirilməsi, məktəbəhazırlıq qruplarının artırılması, ixtisasartırma kurslarına cəlb olunmanın təmin olunması, sistem və rəqəmsal bacarıqlar pilot layihələrini təqdim edən təhsil müəssisələrinə müvafiq köməkliklərin göstərilməsi kimi məsələlər bu il üçün əsas prioritet olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top