İrandan Azərbaycana hücum: Şeyx harada gizlənib?

GÜNDƏM 21 sen 2021, 08:56
İrandan Azərbaycana qarşı mollaların hücumları aktivləşib, bunun fonunda Azərbaycanla sərhəd boyunca hərbi təlimlər keçirilir. Son günlər müzakirə olunan İranın qonşuluq siyasətinə qeyri-adekvat olan münasibəti suallar yaradır.

İranın sərhəd təlimləri nəyə hesablanıb?

İranda mollaların hücuma keçməsi nədən qaynaqlanır?

Azərbaycanda ruhani cameəsi niyə susur?

İran hərbi təlimlərlə bağlı Azərbaycana məlumat versə də, bunun Azərbaycana qarşı olmadığını dilə gətirsə də, Bakıya qarşı topyekun hücum fonunda heç də inandırıcı deyil.

No description available.

Axı bir neçə gün öncə Bakıda Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimləri keçirildi və bu təlimlərin üçüncü ölkələrə qarşı yönəlmədiyi məlumdur. Təlimlərin heç bir ölkə ilə sərhəddə keçirilməməsi də bunu sübut edir. 

Amma İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlər suallar yaradır.

Bu təlimlərin keçirilməsində məqsəd nədir? İran kimə əzələ nümayiş etdirir? Niyə bu təlimlər məhz indi keçirilir? Bu Azərbaycan və Türkiyənin birgə keçirdiyi təlimlərə cavabdır? Yoxsa Azərbaycanın Gorus-Qafan yoluna nəzarəti gücləndirməsinə əsəbi reaksiyadır?

İranın Xankəndiyə yük daşıması, Ermənistana və Qarabağdakı separatçı rejimə dəstəyi bəlli faktdır. Azərbaycan dəfələrlə xəbərdarlıq etsə də, Tehran bu əməlindən çəkinmədi, nəticədə Bakı Gorus-Qafan yolunun öz suveren ərazisinə düşən hissəsində nəzarəti gücləndirdi. Görünür, Azərbaycanın haqlı addımı İranı qıcıqlandırıb. Bununla yanaşı, Türkiyə-Azərbaycan təlimləri də qonşu İranda isteriya ilə qarşılandı. Bunların fonunda İranın sərhəd istiqamətində keçirdiyi təlimlərin Azərbaycana qarşı əzələ nümayişi olduğunu deyə bilərik.

Bəs, İran Azərbaycan torpaqları işğal altında olan illərdə çox vurğuladığı müsəlman həmrəyliyi, İslam təəssübkeşliyini rəhbər tutaraq bu əzələ nümayişini niyə Ermənistana qarşı etməyib?

Cavab bəllidir. İrandan Azərbaycanın işğal altında olan ərazilərindən gedən markotrafik maraqları buna mane olub.

İranın keçirdiyi hazırki təlimlərin Ermənistanla sərhədi əhatə etməməsi də suallar yaradır. Görünür, İranda Ermənistana xüsusi rəğbəti ilə seçilən  hakimiyyət dairələri buna imkan vermir. 

Proseslər göstərir ki, bu təlimlər qeyri-dost addımdır, burada heç bir xoş niyyətdən söhbət gedə bilməz.

Bunun fonunda Xamneinin nümayəndəsi Seyid Həsən Amilinin Azərbaycana qarşı absurd ittihamlarla hücuma keçməsi də təsadüfi deyil. 

Amili Azərbaycanı açıq mətnlə təhdid edir. Onun Azərbaycan xalqını daim düşmən gözündə görməsinin də bu təhdiddə payı var, amma göstərişin yuxarıdan verildiyi şübhəsizdir.

İran bu addımları ilə Azərbaycana qarşı qeyri-dost münasibət sərgiləyir və bu, nə İslam həmrəyliyinə, nə də qonşuluq siyasətinə adekvat deyil.

No description available.

Adekvat olmayan məsələlərdən biri də Azərbaycanda ruhanilərin səssizliyidir. Nə Qafqaz Müsəlmanlar İdarəsinin sədri, şeyx Allahşükür Paşazadə, nə də onun rəhbərliyi altında olan hansısa din xadimi Amili kimi din pərdəsi altında gizlənmiş şarlatanların ölkəmizə hücumuna, nə də İranın ölkəmizə qarşı təhdidlərinə heç bir reaksiya verməyib. Niyə susurlar, nədən çəkinirlər?

Xamneinin “fitvası” ilə Qarabağı azad etdiyimi iddia edən, Şuşada Ocaqnejadın ətəyində namaz qılan Şeyx niyə yoxa çıxıb? Necə şeyxdir ki, təmsil etdiyi xalq başqa ölkənin şarlatan mollaları tərəfindən təhqir edilir, o isə susur? Yoxsa asılı olduğu nələrsə var?

Xamneinin “fitvası”nı Azərbaycan əsgərinin qanından, canından yüksək tutan Şeyxin indi susması şübhələrə yol açır. Bütün xalq ondan və ruhanilərdən cavab verməyi gözləyir.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top