Tvitterdə problem yarandı

DÜNYA 20 sen 2021, 23:50
Dünyanın bir çox ölkələrində tvitter sosial şəbəkəsinin işində problem yaranıb.

“Report” xəbər verir ki, bu barədə məşhur internet servislərin fəaliyyətini araşdıran “Downdetector” xidməti məlumat yayıb.

Sosial şəbəkə istifadəçiləri əsasən saytın fəaliyyəti və mobil proqramlarla bağlı nasazlıqlarla üzləşiblər. Nasazlıq haqqında bildirənlərin bir hissəsi serverə qoşulmada problemlərin yaranmasından şikayət ediblər.

Nasazlıqlar əsasən ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və digər ölkələrdə müşahidə edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top