Azərbaycan XİN Rusiyaya başsağlığı verdi

XARİCİ SİYASƏT 20 sentyabr 2021, 15:26
Azərbaycan Xarici İşlər Nazirliyi Perm Dövlət Universitetinə silahlı hücumla bağlı Rusiyaya başsağlığı verib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

“Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, -XİN-in paylaşımında deyilir.

Xatırladaq ki, Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Atəş açan şəxsin tələbə olduğu bildirilir. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Saxlanma zamanı o, müqavimət göstərib və yaralanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top