Messinin PSJ-dəki maaşı açıqlandı

İDMAN 18 sen 2021, 09:35
Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messinin klubdakı maaşı bəlli olub.

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu ilk ildə 30 milyon avro qazanacaq.

Argentinalı forvard növbəti iki mövsüm Paris təmsilçisində qalsa, sadiqlik bonusu sayəsində məvacibi 10 milyon avro artacaq.

Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb. O, avqustun 5-də İspaniyanın "Barselona" klubundan ayrılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top