Azərbaycan xaricdən benzini bu qiymətə alır — RƏSMİ

SƏNAYE VƏ ENERGETİKA 17 sen 2021, 17:10
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 85 min 680,8 ton “Aİ-95” (“Premium”) markalı benzin idxal edilib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-95” markalı benzinin miqdarı təxminən 2 dəfəyə yaxın artıb. Belə ki, ötən ilin ilk 7 ayında Azərbaycana 48 min 450,3 ton “Aİ-95” markalı benzin gətirilib.

Məlumat üçün bildirək ki, ötən ilin ilk 7 ayı ərzində ölkəyə idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 44 sent (75 qəpik), bu ilin ilk 7 ayında idxal olunan benzinin 1 litrinin gömrük dəyəri isə 53 sent (90 qəpik) olub.

Rəqəmlərdən də göründüyü kimi 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin yanvar-iyul aylarında idxal edilən “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 20% artıb.

Onu da qeyd edək ki, iyul ayının əvvəlində Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti 1,20 manatdan 1,45 manata, iki gün əvvəl isə 1,45 manatdan 1,60 manata yüksəlib. Son 2 ayda “Aİ-95” markalı benzinin qiyməti 33% bahalaşıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top