İcra başçısının müavini işdən çıxarıldı

GÜNDƏM 15 sentyabr 2021, 17:23
Yevlax Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Demokrat.az xəbər verir ki, bu barədə icra başçısı Anar Tağıyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, başçının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Kərimxanov Ceyhun Əhəd oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan əvvəl Yevlax Rayon İcra Hakimiyyətində iki müavin vəzifəsi də vakant idi. Hazırda A. Tağıyevin bir müavini var.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top