Bu gün I sinfə şagird qəbulu yekunlaşır


SOSİAL 15 sen 2021, 08:30
Bu gün 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bu gün saat 18:00-da bağlanacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top