Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

SOSİAL 14 sen 2021, 20:32
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli hospitalından məlumat verilib.

Bildirilib ki, müğənni 80% oksigen dəstəyi alır: “O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir.

Saturasiyası normadan aşağı - 90%-dir. Huşu qapalıdır. Qan təzyiqi, şəkəri və nəbzi nəzarətdə saxlanılır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top