"Yeni Klinika”: "Yaqub Zurufçunun vəziyyəti çox kritikdir"

İNCƏSƏNƏT 14 sen 2021, 16:57
Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

"Yeni Klinika” "Report"a bildirib ki, Yaqub Zurufçunun vəziyyəti çox kritikdir.

"Təzyiqi aşağı düşüb. Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur. Vəziyyəti ağır qiymətləndirilir", -xəstəxanadan bildirilib.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top