Yaqub Zurufçunun son durumu AÇIQLANDI

İNCƏSƏNƏT 13 sen 2021, 10:14
“Yaqub Zurufçunun vəziyyəti stabil ağır olaraq qalır”.

Bu sözləri Oxu.Az-a Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, həkimlər onun vəziyyətini mütəmadi izləyir:

“Hələ ki, heç bir yenilik yoxdur. Vəziyyəti ciddi nəzarətdə saxlanılır. Həkimlər tərəfindən bizə yeni bir məlumat verilməyib. Vəziyyəti stabil ağır olaraq qalır”.

Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu  dərhal “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır stabil olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Y. Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top