Federal Təhqiqat Bürosu 11 sentyabrla bağlı gizli sənəd yayıb


DÜNYA 12 sen 2021, 09:25
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ölkə prezidenti Co Baydenin fərmanı əsasında 11 sentyabr 2001 -ci il hücumlarına dair gizli olan sənədlərin bir hissəsini dərc edib.
 
“Report” xəbər verir ki, sənəd büronun saytında yerləşdirilib.
 
Sənəd 16 səhifədən ibarətdir və Səudiyyə Ərəbistanının Los -Ancelesdəki konsulluğunda işləyən və daha sonra Amerika vətəndaşlığı almaq istəyən şəxsin ifadəsinə əsaslanır. Mənbənin adı isə silinib.
 
Hesabat, ABŞ səlahiyyətlilərinə görə 11 sentyabr 2001 -ci ildə sərnişin təyyarələrinin qaçırılmasında iştirak edən terrorçulara əhəmiyyətli maddi -texniki dəstək verə biləcək insanlarla bu şəxsin təmaslarına aiddir.
 
Qeyd olunub ki, söhbət Səudiyyə Ərəbistanının digər iki vətəndaşı ilə təmaslarından gedir. Belə ki, onlardan biri Səudiyyə Ərəbistanının Los Ancelesdəki konsulluğunda çalışıb, digəri isə FTB -yə görə Səudiyyə kəşfiyyatının agenti ola bilər.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top