Koronavirusa yoluxan Yaqub Zurufçunun son durumu açıqlandı

İNCƏSƏNƏT 10 sen 2021, 15:00
Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov “Report”a bildirib ki, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.

“Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, - şöbə müdiri bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top